Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Cəlayir kəndində səyyar görüş-qəbul keçirib

07 sentyabr 2022 | 18:33

07 sentyabr 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlayir kənd sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Görüşdə Rafiq Cəlilov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Cəlilabad rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.

Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı izahat işi aparılıb, araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər