Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Cəlilabad ədəbi mühitinin ağbirçəyi, rayonunun ilk xanım jurnalisti olan şair, yazıçı-publisist Solmaz Məmmədovanı qəbul etmişdir

17 sentyabr 2025 | 17:03

Rayonun mətbuat sahəsində uzun müddət səmərəli fəaliyyətinə, kütləvi informasiya vasitələri ilə cəmiyyətin maarifləndirilməsi işinə verdiyi töhfəyə, ədəbi yaradıcılığına görə və anadan olmasının 75 illiyi münasibətilə Solmaz Həsənalı qızı Məmmədova Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən qəbul edilmişdir.

Qəbul zamanı Solmaz Məmmədova peşə və yaradıcılıq fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb.

Həmçinin bildirilib ki, Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət siyasəti xalqımızın qədim və zəngin maddi, mənəvi irsinin qorunması və inkişaf etdirilməsini təmin etdi. Hazırda hər bir ictimai xadim, mədəniyyət və incəsənət nümayəndəsi bu siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdardır.

Daha sonra RİH başçısı Rafiq Cəlilov Solmaz Məmmədovanı anadan olmasının 75 illiyi münasibəti ilə təbrik etmiş, ona Fəxri Fərman və hədiyyə təqdim etmişdir.

Qeyd edək ki, Solmaz Məmmədova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra jurnalist olaraq  1973-cü ildə  Yeni Gün (Taxılçı) qəzetində   əmək fəaliyyətinə  başlamışdır. Sonralar işlədiyi redaksiyada şöbə müdiri vəzifəsində fəaliyyət göstərmişdir.  O, Yeni Gün qəzeti redaksiyasında 2021-ci ilə qədər çalışmış, hazırda təqaüddədir.

Solmaz Məmədova jurnalistika sahəsində fəaliyyət göstərməklə bərabər ədəbi yaradıcılığa maraq göstərmişdir.  O, “Cəlilabad istedadları“,  “Zirvəyə doğru gedənlər”, “Xatırla məni“ (Şəhidlərin xatirəsinə həsr olunmuşdur), “Onu gözləyən var“ kitablarının müəllifidir.

Keçidlər