Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Cəlilabad Elektrik Şəbəkəsinin kollektivinə fəxri fərman təqdim edib

12 aprel 2023 | 19:00

Qeyri-neft sektorunun inkişafı və əhalinin həyat tərzinin yaxşılaşdırılması dövlətin prioritet məsələlərindən biridir. Ölkə prezidentinin apardığı uğurlu siyasəti nəticəsində digər sahələrdə olduğu kimi energetika sektorunda da böyük nailiyyətlər əldə edilmişdir.

Belə ki, 2022 və 2023-cü ilin birinci rübündə Cəlilabad rayonunun 26 kəndində elektrik dayaqları və transformator məntəqələri yenilənmişdir. Eyni zamanda Cəlilabad və Göytəpə şəhərlərinin küçələri müasir tələblərə cavab verən işıqlandırma sistemi ilə təmin edilmiş və əhalinin istifadəsinə verilmişdir. Rayon icra hakimiyyətinin təşəbbüsü və elektrik şəbəkəsinin iştirakı ilə rayonun bütün kəndlərində əhalinin müasir tələblərə cavab verən işıqlandırma sistemi ilə təmin edilməsi nəzərdə tutulmuşdur.  

Görüş zamanı rayon elektrik şəbəkəsinin əməkdaşları tərəfindən 2022-ci ildə güclü qar və leysan yağışları zamanı yaranmış ekstremal hava şəraitinə baxmayaraq gücləndirilmiş iş rejimində çalışması, Cəlilabad ərazisində vətəndaşların fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında əməkdaşların hadisələrə çevik reaksiyası, rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və müvafiq tövsiyələr verilib. Rafiq Cəlilov rayon elektrik şəbəkəsinin əməkdaşları tərəfindən əhalinin enerji təminatının yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlərin görüldüyünü, təxirəsalınmaz layihələrin həyata keçirildiyini və görülmüş işlərin əhali tərəfindən bəyənildiyini elektrik şəbəkənin əməkdaşlarına bildirilərək onlara işlərində uğurlar arzulamışdır.

Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı tərəfindən Cəlilabad Elektrik Şəbəkəsinin kollektivinə fəxri fərman təqdim olunub.

Keçidlər