Rafiq Cəlilov Cəlilabad şəhərində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub
Ölkəmizdə geniş vüsət alan yüksəksəviyyəli infrastruktur quruculuğu prosesi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün regionlarda olduğu kimi Cəlilabadda da davam etdirilir. Cəlilabad şəhərində sakinlərin rahatlığını təmin etmək məqsədilə abadlıq-quruculuq işləri davam etdirilir.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad şəhəri Heydər Əliyev Parkında yenidənqurma işləri, şəhid İlqar Zeynalov küçəsində asfaltlanma və 9 saylı çoxmənzilli binanın həyətində abadlıq-quruculuq işləri ilə yanaşı bloklarda görülən təmir-tikinti işlər ilə yerində tanış olmuşdur. İşlərinin keyfiyyətli və normalara uyğun aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Sakinlər görülmüş işlərə görə ölkə başçısı cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






