Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Cəlilabad şəhərində aparılan abadlıq-quruculuq işlərinə baxış keçirib

07 noyabr 2025 | 17:49

Cəlilabad şəhərində sakinlərin rahatlığını təmin etmək məqsədilə abadlıq-quruculuq işləri davam etdirilir.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad şəhərində Zərifə Əliyeva küçəsi 8,15 və İlqar Zeynalov küçəsi 8,9 saylı çoxmənzilli binaların həyətində abadlıq-quruculuq işləri ilə tanış olmuşdur. Görülən işlər çərçivəsində sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün yeni salınacaq parkda söhbətgahlar, müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları və  futbol meydançasının tikintisi ilə bağlı işlər davam etdirilir.

Bundan başqa şəhərin İlqar Zeynalov küçəsinin 290 metr hissəsində qrunt sularının ötürülməsi üçün kanalizasiya xəttinin tikintisi ilə bağlı həyata keçirilən işlər ilə yerində tanış olmuşdur. İşlərinin keyfiyyətli və normalara uyğun aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər