Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Cəlilabad şəhərində şəhid ailələrini ziyarət etmişdir

26 sentyabr 2023 | 18:57

Cəlilabad rayonunda şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Belə ki, Vətən Müharibəsi şəhidlərinin anım günü ərəfəsində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fizuli Cəfərov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin rəisi Arif Həsənov Cəlilabad şəhərində şəhid ailələrini ziyarət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışlar. Eyni zamanda şəhid ailələri qəhrəman şəhid övladları ilə bağlı xatirələrini qonaqlarla bölüşmüşlər.
Ziyarət olunan şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişlər.

Keçidlər