Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Cəlilabad şəhərində təmir olunacaq ərazilərə baxış keçirib

03 fevral 2026 | 18:20

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhər ərazisində aparılması nəzərdə tutulan abadlıq və yenidənqurma işləri ilə bağlı ərazilərə baxış keçirib. Baxış zamanı təmir olunacaq yollar, yaşayış binalarının həyətləri, Bayraq Meydanı ərazisi və salınması planlaşdırılan yeni səkilərin vəziyyəti yerində qiymətləndirilib.

Rayon rəhbəri müvafiq qurumların nümayəndələrinə görüləcək işlərin keyfiyyətlə və vaxtında icra olunması, şəhərin ümumi görünüşünün daha da yaxşılaşdırılması, sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi ilə bağlı tapşırıqlar verib. Qeyd olunub ki, həyata keçiriləcək layihələr şəhər infrastruktunun müasir tələblərə uyğunlaşdırılmasına və əhalinin yaşam şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək.

Keçidlər