Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Cəlilabad Suvarma Sistemləri idarəsinin kollektivinə fəxri fərman təqdim edib

05 iyun 2023 | 18:40

Peşə bayramı münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov meliorasiya və su təsərrüfatı işçiləri ilə görüşmüşdür.

Görüşdə Rafiq Cəlilov ilk öncə  meliorasiya və su təsərrüfatı işçilərini peşə bayramı münasibəti ilə təbrik etmiş, işlərində onlara uğurlar arzu etmişdir. RİH başçısı qeyd etmişdir ki, Azərbaycanda meliorasiya təsərrüfatının əsaslı inkişafı böyük Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin sahələri genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti və miqyası ildən-ilə artmağa başlayıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmışdır.

Cənub-Muğan kanalı vasitəsi ilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və sudan səmərəli istifadə etməklə fermerlərin yüksək məhsuldarlıq əldə etməsi istiqamətində layihələr həyata keçirilib və hazırda da davam etdirilir.

Son günlərdə baş verən güclü selin rayon ərazisində yarada biləcək  fəsadlarının qarşısının alınması istiqamətində su təsərrüfatı və meliorasiya işçilərinin peşəkarlığı və onlar tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində əhaliyə, əmlakına və təsərrüfata ziyan dəyməmişdir.

Çıxış edənlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində su təsərrüfatı və meliorasiya sahəsinin ilbəil inkişafından, müasirləşməsindən danışmış, fəaliyyətlərinə verilmiş yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər