Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Çəmənli kəndində səyyar qəbul-görüş keçirib

25 aprel 2023 | 18:36

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Çəmənli kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib. Çəmənli kəndində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri  və kənd sakinləri iştirak ediblər.

Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.

Keçidlər