Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov çiyələk sahələrində məhsul yığımı ilə maraqlanıb

02 iyun 2022 | 17:01

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nazim Şükürov və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimovla birlikdə çiyələk sahələrində olmuş, məhsul yığımı ilə maraqlanıb.

Bir necə gündür ki, Cəlilabadda açıq sahələrdə yetişdirilən çiyələyin dəriminə başlanılıb. Sahələrdə əkilən yeni sortlar xarici bazarlara da çıxarılır.

Şəhid Elmir Həsənovun valideynlərinin çiyələk sahəsində olan RİH başçısı sahədə aparılan məsul yığımı işləri ilə tanış olub, bol məhsul yığımında onlara uğurlar və firavan həyat arzulayıb.

 

Keçidlər