Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Dövlətalıbəyli kəndində səyyar qəbul-görüş keçirib

10 avqust 2022 | 18:51

Cəlilabad rayonunda əhalinin problemlərinin öyrənilməsi və yerində həlli məqsədilə səyyar qəbul-görüşlər davam etdirilir.

Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə növbəti görüş Dövlətalıbəyli kəndində keçirilib.

Görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsindən, Vətən müharibəsində şəhid olmuş, yaralanmış şəxslərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-abadlıq işlərindən, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb, rayonun sosial-iqtisadi inkişafı və aparılan tikinti-abadlıq işləri barədə məlumat verib.

Görüşdə kənd sakinləri onları narahat edən məsələlərlə bağlı müraciətlərini rayon rəhbərinin diqqətinə çatdırıblar. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verilmişdir.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını bildiriblər və yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər