Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Dünya Kubokunun qalibi ilə görüşüb

10 dekabr 2022 | 12:46

09 dekabr 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Strongman idman növü üzrə Dünya Kubokunun qalibi Sadiq Kamilovu, Azərbaycan Juboksinq Citsu İdman Klubları İctimai Birliyinin prezidenti Sənani Ağakişiyeviİctimai Birliyin vitse-prezidenti Rasim Əfəndiyevi qəbul edib.

Rafiq Cəlilov görüşdə ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində böyük inkişafa nail olunduğunu diqqətə çatdırıb, bu sahədə görülən işləri sadalayıb. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını söyləyən icra başçısı bildirib ki, idmançılarımızın dünya, Avropa birinciliklərində, Olimpiya Oyunlarında, habelə beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələr məhz bu əvəzsiz qayğının parlaq nəticələridir.

Qazandığı qələbələr münasibətilə idmançını və məşqçisini  bir daha təbrik edən icra başçısı onlara qarşıdakı yarışlarda yeni-yeni nailiyyətlər arzulayıb.

Görüşdə çıxış edən qonaqlar ölkədə idmanın inkişafına və idmançılara göstərilən əvəzsiz qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda idmançıya  icra hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

Qeyd edək ki, 26 noyabr 2022-ci il tarixində Qırğızıstan Respublikasının Bişkek şəhərində keçirilən Strongman idman növü üzrə Dünya Kubokunda Kamilov Sadiq Bayram oğlu 2 qızıl və 2 gümüş medal qazanıb.

Keçidlər