Rafiq Cəlilov əkin sahələrində fermerlərlə görüş keçirmişdir
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, başçının müavini Nazim Şükürov və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimovla birlikdə əkin sahələrində vegetasiya prosesi ilə maraqlanıb. Sahibkarlarla görüş zamanı məhsuldarlıq və satış prosesləri ilə tanış olmuşdur.
Əlaqəli qurumlara və sahibkarlara tapşırıldı ki, yüksək məhsuldarlığın alınması üçün iqlim şəraitinə uyğunlaşmış məhsuldar toxumların əldə edilməsi, müasir aqrotexniki becərmə üsullarının tətbiqi və innovativ suvarma sistemlərinin quraşdıraraq su itkisinin minimuma endirməklə aqressiv aqrar strategiya həyata keçirsinlər.
Eyni zamanda Rafiq Cəlilov sahibkarların qarşılaşdığı problemləri dinləyib və müvafiq göstərişlər verərək kənd təsərrüfatı məhsullarının yığımında yanğın təhlükəsziliyinə riayət edilməsini tapşırmışdır.
Rayon icra hakimiyyətinin başçısı bol məhsul yığımında sahibkarlara uğurlar arzulayıb.