Rafiq Cəlilov əkin sahələrinin suvarma suyu ilə təminatı ilə bağlı görülən işlərlə tanış olub
05 aprel 2023 | 20:54
Əkin sahələrinin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Bu məqsədlə Cəlilabad rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Kənd sakinlərinin əkin sahələrini suvarmaları üçün əldə olan bütün səy və imkanlardan səmərəli istifadə olunur.Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərlə tanış olub, suyun səmərəli istifadə olunması ilə bağlı müvafiq tapşırıqlarını vermişdir.