Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Göytəpə şəhər 2 saylı tam orta məktəbi üçün yeni tikiləcək məktəbin layihəsi ilə tanış olub

10 oktyabr 2024 | 18:17

Əminliklə qeyd edə bilərik ki, son illər cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə təhsil sahəsinə göstərdikləri qayğı respublikamızın hər yerində hiss olunur. Təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsi demək olar ki, bütün bölgələrimizi əhatə edir.
Bölgələrdə təhsil sahəsində olan inkişafı Cəlilabad rayonunun timsalında da aydın şəkildə görmək olar. 

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Göytəpə şəhər 2 saylı tam orta məktəbi üçün Heydər Əliyev Fondu tərəfindən yeni tikiləcək binanın layihəsi və inşası ilə bağlı görüləcək işlərlə tanış olub.

Keçidlər