Rafiq Cəlilov Göytəpə şəhər ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri ilə tanış olub
23 noyabr 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Göytəpə şəhər ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri ilə tanış olub.
Qeyd edək ki, Cəlilabad və Göytəpə şəhərində piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri yenidən qurulur, küçələr boyunca müasir işıqlandırma sistemləri quraşdırılır.
Rafiq Cəlilov Göytəpə şəhərindəki küçələrdə yeni salınan piyada səkiləri və işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı görülən işlərin keyfiyyəti ilə maraqlanmış, tikinti işlərini aparan aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.
Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.