Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Göytəpə şəhərində aparılan abadlıq-qurucluq işləri ilə tanış olmuşdur

28 oktyabr 2023 | 12:27

Ölkəmizdə uğurla həyata keçirilən islahatlar həyatımızın bütün sahələrində dinamik inkişaf üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin ardıcıl diqqəti və qayğısı ilə yaradılan bu imkanlar hesabına ölkənin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da sosial-iqtisadi inkişaf davamlı şəkil alıb.

Vətəndaşların gediş-gəlişində, xüsusən qış mövsümündə yaranan problemlərin aradan qaldırılması üçün Göytəpə şəhəri Nizami küçəsi 250 metr, Elmir Həsənov küçəsi 310 metr, İsa Dadaşov küçəsi 210 metr və M.Fizuli küçəsi 170 metr hissəsində yüksək keyfiyyətlə həyata keçirilən asfaltlanma işləri aparılmışdır. Eyni zamanda Qurtuluş küçəsində piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri yenidən qurulur.

Rafiq Cəlilov Göytəpə şəhərindəki asfaltlanma işləri və yeni salınan piyada səkiləri ilə bağlı görülən işlərin keyfiyyəti ilə maraqlanmış, tikinti işlərini aparan aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.

Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər