Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Göytəpə şəhərində tikiləcək xəstəxananın layihəsi ilə tanış olub

28 dekabr 2023 | 16:29

Tam əminliklə deyə bilərik ki, son illər Azərbaycanda sosial sahənin əsas istiqaməti olan səhiyyənin inkişafı üçün məqsədyönlü işlər görülür. Dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızın bütün bölgələrində xəstəxanalar tikilir, səhiyyə ocaqlarında olan avadanlıqlar ən müasir standartlara cavab verir, tibbi xidmətin səviyyəsi artır.

Bölgələrdə səhiyyə sahəsində olan inkişafı Göytəpə şəhərinin timsalında da aydın şəkildə görmək olar. Müasir standartlara cavab verəcək xəstəxananın tikintisi bu dediklərimizin əyani göstəricisidir.

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Göytəpə şəhərində tikiləcək xəstəxananın layihəsi ilə tanış olub. Rayon rəhbəri görüləcək işlərlə əlaqədar iş icraçıları ilə müzakirələr aparmışdır. Görüləcək işlər barədə ətraflı məlumat verən iş icraçısı vurğulayıb ki, 2.0 ha sahədə inşa olunacaq və 3 mərtəbəli olmaqla 60 çarpayıdan ibarət olacaq səhiyyə ocağında şəhər sakinlərinə səhiyyə sahəsində ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılacaqdır.

Tikiləcək xəstəxananın layihəsi ilə tanış olan icra başçısı işlərin keyfiyyətlə aparılmasını qeyd edib, tapşırıq və tövsiyələrini vermişdir.

Həmçinin xəstəxananın tikinti layihəsi ilə yaxından tanış olan şəhər sakinləri ölkə başçısı İlham Əliyev tərəfindən səhiyyə sahəsinə göstərilən diqqət və qayğını, bu cür yüksək səviyyədə xəstəxananın inşa olunacağını yüksək qiymətləndirdiklərini bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər