Rafiq Cəlilov Hacıismayıllı kəndində sakinlərlə görüş keçirib
Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulları davam edir. 15 mart 2023-cü il tarixində Hacıismayıllı kəndində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamazdan öncə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov kənd sakinlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş, bütün kənd sakinlərinə uzun ömür, möhkəm cansağlığı və xoş günlər arzulamışdır. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.