Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Hamarqışlaq kəndində aparılan abadlıq işləri ilə tanış olub

16 avqust 2022 | 15:12

Rayon ərazisində vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Bu məqsədlə kənddaxili yollarda  da təmir-tikinti işləri davam etdirilir.

15 avqust 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Hamarqışlaq kəndində olmuş, kəndin mərkəzindən qəbiristanlığına gedən 1350 metr yola asfalt örtüyünün vurulması işləri ilə tanış olmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov kənd sakinləri ilə görüşdə bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz torpaqlarımızı qanları, canları bahasına azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaqdır.

Sonra tədbir iştirakçıları və şəhidin ailə üzvləri Hamarqışlaq kənd qəbiristanlığında dəfn edilmiş Vətən müharibəsi şəhidi Cavid Hüseynovun  məzarını ziyarət edərək gül dəstələri düzmüş, ruhuna dualar oxumuş və əziz xatirəsini ehtiramla yad etmişlər.

Şəhidin atası Habil Hüseynov şəhidlərə, onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından öz dərin minnətdarlığını bildirib, rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilova təşəkkürünü çatdırıb.

 

 

Keçidlər