Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Hamarqışlaq kəndində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur

01 dekabr 2023 | 11:33

30 noyabr 2023-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və aparat əməkdaşları Hamarqışlaq kəndində görülən abadlıq-quruculuq işləri ilə tanış olublar.

Hamarqışlaq kəndinin daxili küçələrində 2 km məsafəni əhatə edən işıqlandırma işləri tam yekunlaşaraq kənd sakinlərinin istifadəsinə verilib. Eyni zamanda Hamarqışlaq-Xəlilabad kəndarası yoluna çınqıl materialı tökülərək təmir işləri aparılmışdır. Görülən işlərlə tanış olan rayon rəhbəri öz tapşırıq və göstərişlərini vermişdir.

Keçidlər