Rafiq Cəlilov Hasıllı kəndində yerləşən “Mirməhəmmədağa” ziyarətgahına gedən yolun asfaltlanması işlərinə baxış keçirib
05 avqust 2022 | 18:30
05 avqust 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Hasıllı kəndində yerləşən “Mirməhəmmədağa” ziyarətgahına gedən yolun 400 metr məsafəsinin asfaltlanması işlərinə baxış keçirib. Baxış zamanı RİH başçısı ziyarətgahın ətrafında da əhalinin sərbəst hərəkət etməsi, avtomobillər üçün dayanacaq yerlərinin təşkil edilməsi üçün əlavə asfaltlanma işlərinin aparılması barədə tapşırıq və tövsiyələrini vermişdir.