Rafiq Cəlilov kənd yaşayış məntəqələrində və şəhər ərazisində aparılan abadlıq, quruculuq və yenidənqurma işləri ilə tanış olmuşdur
Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan genişmiqyaslı layihələr sırasında hazırda Cəlilabad rayonunda 4 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması sürətlə və keyfiyyətlə davam etdirilir.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Astanlı-Cəfərli-Zopun marşrutu üzrə kəndlərarası avtomobil yolunda olmuş, görülən işlərin keyfiyyəti ilə maraqlanmışdır.
Qeyd edək ki, Cəlilabad şəhərində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yeni park inşa edilir. Rafiq Cəlilov Cəlilabad şəhəri Bayraq Meydanı ətrafında salınacaq yeni parkın ərazisində görülən işlər ilə tanış olmuş, tikinti işləri ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.






