Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov kənd yaşayış məntəqələrində və şəhər ərazisində aparılan abadlıq, quruculuq və yenidənqurma işləri ilə tanış olub

18 noyabr 2022 | 19:12

Ölkə ərazisində  müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan genişmiqyaslı layihələr sırasında hazırda Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması sürətlə və keyfiyyətlə davam etdirilir.

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı marşrutu üzrə kəndlərarası avtomobil yolunda olmuş, görülən işlərin keyfiyyəti ilə maraqlanmışdır.

Qeyd edək ki, Cəlilabad şəhərində piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri yenidən qurulur və piyada səkiləri olmayan küçələrdə isə yeni piyada səkiləri inşa edilir. Rafiq Cəlilov Cəlilabad şəhəri Heydər Əliyev prospektində yeni salınan piyada səkilərində görülən işlərin keyfiyyəti ilə maraqlanmış, tikinti işləri ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər