Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Ləkin kəndində səyyar qəbul-görüş keçirib

13 oktyabr 2022 | 14:31

12 oktyabr 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Ləkin kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri  və kənd sakinləri iştirak ediblər.

Qəbul başlamazdan öncə Vətən müharibəsində və sentyabrın 12-də gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətlərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə kənd sakinləri onları narahat edən məsələlərlə bağlı müraciətlərini rayon rəhbərinin diqqətinə çatdırıblar. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər