Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Maşlıq kəndində əkin sahələrinə baxış keçirib

17 aprel 2024 | 18:33

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimovla birlikdə Maşlıq kəndi ərazisində əkin sahələrinə baxış keçirmiş və məhsuldarlıqla tanış olmuşdur.

Rayon rəhbəri əkinçiliklə məşğul olan fermerlərlə məhsuldarlığın daha da artırılması, təsərrüfatlarda müasir suvarma sistemlərindən istifadənin genişləndirilməsi və məhsul satışı ilə bağlı fikir mübadiləsi aparmışdır.

Əkin sahələrinə baxış keçirən rayon rəhbəri aidiyyəti şəxslərə müvafiq göstəriş və tapşırıqlarını vermiş, eyni zamanda bol məhsul yığımında fermerlərə uğurlar arzulamışdır.

Keçidlər