Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Mədətli kəndində sakinlərlə görüş keçirib

09 mart 2023 | 18:20

Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulları davam edir. 09 mart 2023-cü il tarixində Mədətli kəndində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri  və kənd sakinləri iştirak ediblər.

Qəbul başlamazdan öncə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayon sakinləri adından Ermənistanın son təxribatı nəticəsində şəhid olmuş döyüşçülərimizin, həmçinin qardaş Türkiyə Respublikasında baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı vermiş, zəlzələ qurbanlarının, eləcə də şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Həmçinin RİH başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Cəlilabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.

Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.

Keçidlər