Rafiq Cəlilov “Paşatəpə” abidəsində aparılan arxeoloji qazıntı işləri ilə tanış olmuşdur
Cəlilabad rayonunun Cəfərxanlı kəndində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə “Paşatəpə” abidəsində qazıntı işləri aparılır.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov “Paşatəpə” abidəsində aparılan arxeoloji qazıntı işləri ilə tanış olub. Nümayəndə heyəti ilə görüşən RİH başçısı, qazıntı ilə bağlı arxeoloqların təəssüratlarını öyrənib. Rayon rəhbərinə bildirilib ki, qazıntılar zamanı xeyli sayda tapıntılar əldə edilmiş, bütün bunlar isə “Paşatəpə” abidəsinin neolit dövrünə aid kənd tipli yaşayış yeri olduğunu söyləməyə əsas verir.
Arxeoloji qazıntı işləri ilə tanış olan RİH başçısı nümayəndə heyətinə işlərində uğurlar arzulamışdır.