Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov “Paşatəpə” abidəsində aparılan arxeoloji qazıntı işləri ilə tanış olub

15 avqust 2023 | 12:15

Cəlilabad rayonunun Cəfərxanlı kəndində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə “Paşatəpə” abidəsində qazıntı işləri aparılır.

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov “Paşatəpə” abidəsində aparılan arxeoloji qazıntı işləri ilə tanış olub. Nümayəndə heyəti ilə görüşən RİH başçısı, qazıntı ilə bağlı arxeoloqların təəssüratlarını öyrənib. Rayon rəhbərinə bildirilib ki, qazıntılar zamanı xeyli sayda tapıntıların əldə edilməsi nəzərdə tutulub.

RİH başçısı “Beynəlxalq Arxeoloqlar Günü” münasibəti ilə Cəlilabadın qədim tarixinin araşdırılmasında göstərdikləri xidmətlərinə görə arxeoloq və tədqiqatçılara fəxri fərmanlar təqdim edib.

Keçidlər