Rafiq Cəlilov Pərdi kəndində tikiləcək yeni məktəb binası ilə tanış olub
Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşir.
Təhsil sahəsində olan inkişafı Cəlilabad rayonunda da aydın şəkildə görmək olar. Son dövrlərdə müasir standartlara cavab verən məktəb binalarının tikintisi bu dediklərimizin əyani göstəricisidir.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Pərdi kəndində tikiləcək məktəb binasına baxış keçirib və ictimaiət nümayəndələri ilə görüşüb. Rayon rəhbərinə yeni tikiləcək məktəb binası haqqında məlumat verilib. Qeyd edilib ki, tikiləcək məktəb binası bir mərtəbəli, 9 sinif və 2 əlavə otaqdan ibarət olmaqla, yeni təhsil ilinin başlanmasına qədər hazır olacaqdır.
Həmçinin 142 şagirdi olan Pərdi kənd ümumi orta məktəbinin şagirdlərinin təhsildən yayınmamaları üçün qonşu kənd olan Xanəgah kənd tam orta məktəbinə gediş-gəlişlərinin təmin olunması üçün Elm və Təhsil Nazirliyi tərəfindən avtobuslar ayrılmışdır.
Kənd əhalisi təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.