Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Prezident mükafatçısı Nihat Abdullayev ilə görüş keçirmişdir

03 aprel 2025 | 15:41

3 aprel 2025-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunmuş Abdullayev Nihat Rauf oğlu ilə görüşmüşdür.

Qeyd edək ki, Nihat Abdullayev 2020-ci ildə ADA Universitetinə qəbul olmuş, hazırda həmin  universitetin 5-ci kurs tələbəsidir. Müxtəlif dövrlərdə ADA Universitetində “Machine Learning”, “Linear Algebra”,  “Programming Principles 1” fənlərində müəllimin köməkçisi (Teaching Assistant) vəzifələrini icra etmişdir. 2024-cü ildə “Azerconnect Şirkətlər Qrupu”nda Yüksək Analitika Mühəndisi olaraq fəaliyyətə başlamışdır. 2022-ci ilin may ayında digər 2 (iki) tələbə yoldaşı ilə birgə öz  startapını təsis etmiş, ilkin investisiya əldə etmişlər. Hazırda isə fəaliyyətlərini davam etdirməyə çalışırlar. Azərbaycanı beynəlxalq texnologiya və startap müsabiqələrində təmsil edərək, ölkəmizi qlobal arenada birinci yerə çıxarmış, müxtəlif beynəlxalq çempionatlar və mükafatlar qazanmışdır. Bundan öncə 11 fərqli ölkədə proyektlərini nümayiş etdirmiş, ölkəmizi uğurla təmsil etmişdir. İnnovativ layihələrin təqdim olunduğu ölkələrə ABŞ, İspaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Polşa, Belarus, Özbəkistan, İtaliya, Türkiyə, Səudiyyə Ərəbistanı və Cənubi Koreya daxildir. Bir çox elmi məqalə, minlərlə insana xidmət edən biznes layihənin müəllifi, öz sahəsində peşəkar olan mühəndisdir.  

“Azerconnect Group” şirkətində "Advanced Data Analytics Engineer" və ölkədə ilk Süni İntellekt Tədqiqat xidmətləri təklif edən təşkilat olan "AI HUB"ın həmtəsisçisidir. KAIST Universitetinin “Scalable Computer Vision Lab” laboratoriyasında çalışmışdır. Həmçinin, “ADA Universiteti”nin “Data Analytics Research Laboratory”də tədqiqatçısıdır. "Seeds For The Future", "ABCC" və "Battle Of Minds" kimi yerli və beynəlxalq nüfuzlu texnologiya müsabiqələrinin qalibi olmaqla yanaşı, "Quantum Machine Learning", "Computer Vision ilə Süd Xərçənginin Aşkarlanması" və "Ulduzların Spektral Tip Analizi" kimi elmi məqalələrin həmmüəllifidir. Məqalələri qlobal səviyyədə nüfuzlu jurnallarda və konfranslarda dərc olunub. İnnovasiya, startap və süni intellektlə bağlı çıxışları 40 toplamda milyondan artıq auditoriyası olan kanallarda paylaşılmışdır. Eyni zamanda, o, uşaqlar üçün süni intellektllə işləyən ağıllı oyuncaq – “Samsam”  startapının həmtəsisçisi və texnologiya direktoru (CTO) vəzifəsini icra edir. Araşdırmaları tibb sahəsində tətbiqi Süni İntellekt, ağıllı eynəklər, enerji sektoru, qlobal Dayanıqlı İnkişaf Məqsədləri (SDG) problemləri və ulduzların analizi kimi müxtəlif mövzuları əhatə edir. Bu araşdırmalar sayəsində ölkəni beynəlxalq səviyyədə və “IEEE”, “Beynəlxalq Astronavtika Konqresi” kimi nüfuzlu elmi tədbirlərdə təmsil etmişdir. Mühəndislikdə tətbiqi Süni İntellekt layihəsi üzrə ölkə tarixində ilk dəfə regional 1-cilik əldə etmiş, “Top 5” Dünya Çempionu olmuşdur.

Görüş zamanı Rafiq Cəlilov qazandığı uğurlara görə Nihat Abdullayevi təbrik etmiş, gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Daha sonra rayon rəhbəri ölkəmizi bir çox beynəlxalq layihələrdə yüksək səviyyədə təmsil etdiyinə və əldə etdiyi uğurlara görə Abdullayev Nihat Rauf oğluna fəxri fərman və hədiyyələr təqdim etmişdir.

Keçidlər