Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Privolnoye kəndində yenidən qurulan parkın açılışında iştirak edib

12 dekabr 2023 | 12:10

11 dekabr 2023-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Privolnoye kəndində yenidən qurulan parkın açılışında iştirak edib. Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul şəxsləri, şəhid ailələri, müharibə iştirakçıları və kənd sakinləri iştirak etmişdir.

Sakinlərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün yenidən qurulan parkda şəhidlərin xatirələrinin əbədiləşdirilməsi üçün lövhə, gecə işıqlandırılması, oturacaqların quraşdırılması işləri görülmüş, təmizlik və abadlıq işləri aparılmışdır.

Rayon rəhbərliyi ərazilərdə aparılan yenidənqurma və abadlıq işləri ilə yerindəcə mütəmadi tanış olur və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində qarşıyaqoyulmuş vəzifələrin icra vəziyyəti ilə maraqlanır. Kənd sakinləri görülən işlər və əhaliyə göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Keçidlər