Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Qarabağ müharibəsi və Vətən müharibəsi veteranları ilə bağlı ictimai birliklərin rəhbərləri ilə görüşüb

16 fevral 2023 | 18:43

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov  “Qarabağ Qaziləri” İctimai Birliyinin Cəlilabad rayon filialının sədri Maşallah Əliyevlə, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Asəf İsmayılovla və “Gənc Qazilər” İctimai Birliyinin sədri Vüsal Muradova görüşüb.

Görüşdə çıxış edən Rafiq Cəlilov Birinci və İkinci Qarabağ müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və siyasi iradəsi hesabına, şəhidlərimizin qanı-canı bahasına ölkəmizin Vətən müharibəsində mənfur düşmən üzərində Qələbə qazanmasından danışıb. Bütün qazilərin, şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduğunu bildirib.

RİH başçısı rayon icra hakimyyəti tərəfindən aparılan işlərdə, habelə ictimai iştirakçılığın və  ictimai nəzarətin təmin olunmasında vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq təcrübəsinin olduğunu vurğulayıb.

Görüşdə şəhid ailələri, əlillərlə və müharibə iştirakçıları ilə bağlı görülən işlərə dair fikir mübadilələri aparılıb. İctimai birliklərin rəhbərlərinin rəy və təklifləri dinlənilib, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Qazilər də öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər