Rafiq Cəlilov Qarazəncir kəndində səyyar görüş - qəbul keçirmişdir
18 may 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq səyyar görüş - qəbulu rayonun Qarazəncir kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Cəlilabad rayonunda aparılan tikinti-quruculuq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.
Səyyar qəbulda kənd sakinlərinin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib. İrəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri rayon icra hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib. Digərlərinin həll edilməsi üçün isə aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib. Səyyar qəbul zamanı çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.