Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov rayon ərazisində taxıl biçinin gedişi ilə tanış olub

11 iyun 2025 | 10:37

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayon ərazisində taxıl sahəsində biçinin gedişi ilə tanış olub.

RİH başçısı ərazidə olan fermerlərlə görüşüb. Rayon İcra Hakimiyyətinin başçısına ərazidə aparılan taxıl biçini haqqında ümumi məlumat verilib.  Fermerlərlə söhbət edən rayon rəhbəri onları maraqlandıran sualları cavablandırıb və fermerləri narahat edən məsələlər müzakirə olunub, fermerlərin fikirləri öyrənilib.

Məlumat üçün qeyd edək ki, Cəlilabad rayonunda ümumi 65020 hektar taxıl əkini aparılıb ki, bundan 46980 hektarı buğda, 13450 hektarı arpa və 4590 hektarı isə vələmirdir. Rayon üzrə 13450 hektar arpa sahəsinin 8200 hektarında biçin həyata keçirilib, 25100 ton arpa yığılıb, 46980 hektar buğda sahəsinin 1050 hektarında biçin həyata keçirilib və 3680 ton buğda yığılıb.  

Keçidlər