Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov rayon mərkəzi xəstəxanasında şəhid valideynlərini ziyarət edib

19 may 2026 | 18:55

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında şəhid valideynlərini ziyarət edib. Görüş zamanı rayon rəhbəri onların səhhəti ilə maraqlanıb, sosial-məişət vəziyyəti, mövcud problemləri və ehtiyacları barədə ətraflı müzakirə aparıb.

Rafiq Cəlilov şəhid ailələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğını bir daha diqqətə çatdırıb.

Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Ailə üzvləri həmçinin rayon rəhbərliyinin daim yanlarında olduğunu qeyd edərək, belə görüşlərin onlara böyük mənəvi dəstək verdiyini vurğulayıblar.

Keçidlər