Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov rayonda aparılan abadlıq işləri ilə tanış olub

02 avqust 2022 | 18:20

Cəlilabad rayonunda aparılan geniş tikinti, abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Həyata keçirilən quruculuq işləri onu söyləməyə əsas verir ki, qısa zaman kəsiyində Cəlilabadda bütün küçələr müasir yolları ilə şəhərin görkəmini tamamilə dəyişəcək.

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad şəhərindəki Nəriman Nərimanov və Habil Məmmədov küçələrində olub, görülən abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb. Görülən işlərlə tanış olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini bildirib, aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib. 

Keçidlər