Rafiq Cəlilov rayonda aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur
17 dekabr 2023-cü il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonda aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.
Ölkəmizdə geniş vüsət alan yüksəksəviyyəli infrastruktur quruculuğu prosesi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün regionlarda olduğu kimi Cəlilabadda da davam etdirilir.
Cəlilabad şəhərində küçələrin asfaltlanma işləri ilə yanaşı vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün zəruri olan ərazilərdə piyada səkilərinin tikintisi işləri görülür. Belə ki, Habil Məmmədov küçəsi 165 metr, Qüdrət İsmayılov küçəsi 230 metr asfaltlanma və Cavadxan küçəsində isə 1020 metr piyada səkisinin yenidənqurma işləri aparılır.
Görülən işlərə baxış keçirən rayon rəhbəri işlərin vaxtında və keyfiyyətli görülməsi məqsədilə aidiyyəti üzrə əlaqədar şəxslərə bir sıra tapşırıq və göstərişlərini vermişdir.