Rafiq Cəlilov rayonda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
14 fevral 2024-cü il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Ölkəmizdə geniş vüsət alan yüksəksəviyyəli infrastruktur quruculuğu prosesi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün regionlarda olduğu kimi Cəlilabadda da davam etdirilir.
Cəlilabad şəhərində küçələrin asfaltlanma işləri ilə yanaşı vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün zəruri olan ərazilərdə piyada səkilərinin tikintisi işləri görülür.
Həmçinin rayon rəhbəri Cavadxan küçəsində aparılan qazlaşma işləri ilə tanış olub, işlərinin icrasını həyata keçirən nümayəndələr ilə görüşmüş, görülən işlərlə bağlı müzakirələr aparmışdır. Görülən işlərin nəticəsində istehlakçılar normativ təzyiqli, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunacaqdır
Aparılan işlərə baxış keçirən rayon rəhbəri işlərin vaxtında və keyfiyyətli görülməsi məqsədilə aidiyyəti üzrə əlaqədar şəxslərə bir sıra tapşırıq və göstərişlərini vermişdir.
.