Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov rayonda aparılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.

23 may 2025 | 17:59

23 may 2025-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonda aparılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarına əsasən respublikamızın bölgələrində aparılan quruculuq işləri Cəlilabadda da uğurla davam etdirilir.

Rayon rəhbəri Cəlilabad şəhəri İlqar Zeynalov küçəsində yerləşən çoxmənzilli binaların həyətində aparılan abadlıq-quruculuq işlərinə, Zərifə Əliyeva və Koroğlu küçəsinin kəsişməsində yenitikilən çoxmənzilli binanın tikintisinə, Bayraq Meydanı ətrafında salınacaq yeni parkın ərazisinə və 28 May küçəsində qrunt sularının ötürülməsi üçün kanalizasiya xəttinin tikintisi ilə bağlı həyata keçirilmiş işlərə baxış keçirmişdir.

Aparılan işlərə baxış keçirən rayon rəhbəri aidiyyəti üzrə əlaqədar şəxslərə bir sıra tapşırıq və göstərişlərini vermişdir.  

Keçidlər