Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov rayonda gedən abadlıq-quruculuq işləri ilə tanış olmuşdur

01 avqust 2023 | 15:41

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün regionlarda olduğu kimi Cəlilabadda da abadlıq-quruculuq işləri  davam etdirilir.

Belə ki, Cəlilabad şəhərində avtomobil yolunun kənarlarında yenidənqurma işləri ilə yanaşı məişət tullantıları poliqonunda da təmizlik işləri aparılır. Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov görülən işlərlə yerində tanış olmaq məqsədilə əraziyə baxış keçirmişdir. Rayon rəhbəri işlərin vaxtında və keyfiyyətli görülməsi məqsədilə aidiyyəti üzrə əlaqədar şəxslərə bir sıra tapşırıq və göstərişlərini vermişdir.

Keçidlər