Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov rayonda həyata keçirilən işlərin icra vəziyyəti ilə tanış olmuşdur

13 may 2024 | 17:22

13 may 2024-cü il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonda həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olmuşdur.

Rayon rəhbəri əvvəlcə 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad ərazisində olmuş, orada yetişdirilən müxtəlif cinsli ağac, kol bitkisi növləri və istixanaların şəraiti ilə maraqlanmışdır.

Daha sonra Heydər Əliyev və Qurtuluş prospektinin kəsişməsindəki olan dairəvi yolda aparılan yenidənqurma və Şəhidlər Parkı Abidə Kompleksində səliqə-səhman işlərinə baxış keçirmişdir.

Görülən işlərə baxış keçirən rayon rəhbəri aidiyyəti üzrə əlaqədar şəxslərə bir sıra tapşırıq və göstərişlərini vermişdir.

Keçidlər