Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Sabirabad kəndində səyyar görüş-qəbul keçirmişdir

12 may 2022 | 12:13

11 may 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Sabirabad kənd sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə rayon icra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Görüşdə Rafiq Cəlilov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Cəlilabad rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.

Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı izahat işi aparılıb, araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

Keçidlər