Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Sarıqaya bəndində yenidənqurma işlərinin mövcud vəziyyəti ilə maraqlanmışdır

22 noyabr 2024 | 12:32

Azərbaycan Respublikası Prezidenti “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın  təsdiq edilməsi haqqında müvafiq Sərəncam imzalamışdır. 

Verilmiş Sərancamın icrası ilə əlaqədar və su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Suvarma Sistemləri İdarəsinin rəhbəri Xanlar Mirzəyev və digər aidiyyəti şəxslərlə birlikdə Sarıqaya bəndində yenidənqurma işlərinin mövcud vəziyyəti ilə maraqlanmışdır.

Suvarma Sistemləri İdarəsinin rəhbəri Xanlar Mirzəyev rayon rəhbərinə görülən işlər barədə ətraflı məlumat vermişdir. Həmçinin Hamarqışlaq, Sarıqaya, Privolnoye, Uzuntəpə-1, Uzuntəpə-2 və Ocaqlı sututarlarının yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini bildirmişdir

Görülən işlərlə tanış olan RİH başçısı rayonun su ehtiyatlarının artırılması üçün bütün imkanlardan istifadə edilməsi barədə aidiyyəti şəxslərə tapşırıq və göstərişlərini vermişdir.

Keçidlər