Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Sarxanlı kənd sakinlərini narahat edən məsələ ilə yerində tanış olub

23 fevral 2023 | 17:46

Fevralın 23-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov icra aparatının məsul şəxsləri ilə birlikdə Sarxanlı kənd avtomobil yolunun vəziyyəti ilə bağlı kənd sakinlərinin qaldırdıqları  məsələ ilə yerində tanış olmuşdur.

Sakinlərin mövcud məsələ ilə bağlı müraciətlərini dinləyən Rafiq Cəlilov  hər zaman olduğu kimi qaldırılan bu məsələyə də həssaslıqla yanaşılacağını, həlli istiqamətində lazımi addımların atılacağını bildirib.

Kənd sakinləri ilə görüşən icra başçısı kənddə inşa edilən məktəbdə aparılan tikinti işləri ilə tanış olmuşdur.

Qeyd edək ki, yeni modul tipli məktəb binası Prezident İlham Əliyevin 2022-ci il 19 sentyabr tarixli Sərəncamına əsasən tikilir. 96 şagird yerlik məktəb  on iki sinif otağı, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Hazırda məktəb binasında son tamamlanma işləri görülür. Binaya istilik sistemi, elektrik və su xətləri çəkilib. Məktəbin həyətində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq, yerə asfalt örtük döşənəcəkdir.

Kənd sakinləri onlara göstərilən qayğıya və müraciətlərinə həssazlıqla baxılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər