Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov şəhid ailəsini ziyarət edib və kənd yollarına baxış keçirib

15 yanvar 2026 | 17:55
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Nahid Məmmədovun ailəsini ziyarət edib. Görüş zamanı şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanılıb, dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və sosial dəstək tədbirləri bir daha vurğulanıb.
RİH başçısı Rafiq Cəlilov Oğrubulaq kəndində mövcud yol infrastrukturu ilə də tanış olub, yollara baxış keçirib. Mövcud vəziyyət qiymətləndirilib, aşkar edilən çatışmazlıqlar və kənddaxili yolların yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qeyd edilib ki, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi və kəndlərin infrastrukturunun inkişafı rayon rəhbərliyinin daim diqqət mərkəzindədir.
Keçidlər