Rafiq Cəlilov şəhid anası Sura Məmmədovanı ziyarət edib
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov 85 yaşlı şəhid anası Məmmədova Sura Feyzəl qızını evində ziyarət edib.
Görüş zamanı RİH başçısı Sura Məmmədovanın səhhəti ilə maraqlanmış, ona hədiyyə təqdim etmişdir. Səmimi söhbət zamanı Sura Məmmədovanın şəhid övladı Emin Məmmədovun keçdiyi şücaətli döyüş yolundan, xatirələrindən söhbət açılıb.
Şəhidin anası onlara göstərilən həssas münasibətə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Qeyd edək ki, 1974-cü il təvəllüdlü Məmmədov Emin Museyib oğlu Birinci Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmiş, xidməti vəzifəsini şərəflə və şücaətlə yerinə yetirmişdir. Emin Məmmədov 1994-cü ilin aprel ayında itkin düşmüşdür.