Rafiq Cəlilov Şəhidlər xiyabanında aparılan yenidənqurma işlərinin son tamamlama vəziyyəti ilə tanış olub
17 sentyabr 2022 | 20:20
Cəlilabad rayonunda getdikcə daha geniş vüsət alan tikinti-quruculuq işlərinin sürəti ilə yanaşı onun keyfiyyətinə, təmirin yüksək səviyyədə aparılmasına da nəzarət olunur. Rayon rəhbərliyi müntəzəm olaraq istər şəhərdə, istərsə də kəndlərdə görülən işlərlə maraqlanır, tapşırıq və tövsiyələrini verir. Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Şəhidlər xiyabanında aparılan yenidənqurma işlərinin son tamamlama vəziyyəti ilə tanış olub. Görülən işlərlə tanış olan RİH başçısı öz tapşırıq və tövsiyələrini verib.