Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Şiləvəngə kəndində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur

06 oktyabr 2023 | 09:52

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və aparat əməkdaşları Şiləvəngə kəndində görülən abadlıq-quruculuq işləri ilə tanış olublar.

Şiləvəngə kəndinin giriş hissəsindən başlayaraq 2 km məsafəni əhatə edən işıqlandırma işləri tam yekunlaşaraq kənd sakinlərinin istifadəsinə verilib. Eyni zamanda rayon rəhbəri sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Şiləvəngə kəndində yaradılan parka da baxış keçirmişdir. Görülən işlərlə tanış olan rayon rəhbəri öz tapşırıq və göstərişlərini vermişdir.

Şiləvəngə kənd sakinləri görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Keçidlər