Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Söyüdlü kəndində səyyar qəbul-görüş keçirib

29 mart 2024 | 19:19

Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə 29 mart 2024-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Söyüdlü kənd sakinləri ilə keçirib. Görüşdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rafiq Cəlilov bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır. Rayon rəhbəri bütün müraciətlərə həssas yanaşıldığını vurğulayıb və yerli sakinlərin bütün istək və qayğılarını dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb. Rafiq Cəlilov heç bir müraciətin diqqətdən kənarda qalmayacağını və qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib.

Söyüdlü kənd sakinləri çıxışlarında rayon rəhbərliyinə səmimi qəbula və maneəsiz fikir və istəklərinin çatdırılmasına tam şərait yaradılmasına görə təşəkkür ediblər. Yerli sakinlər  əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər